SBTSBT WebSales, Business, Technology

Sayt və CRM istifadəçiləri üçün «Dostunu gətir»: 1 ay pulsuz + 15%

Sayt və CRM istifadəçiləri üçün «Dostunu gətir»: 1 ay pulsuz + 15%

Saytınız SBT Web-də hazırlanıb və sorğular SBT CRM-ə düşür? Deməli, artıq bilirsiniz: sorğu itmir, kim cavab verdiyi görünür, ay sonunda saytın neçə satış gətirdiyi hesabatdadır. Tanıdığınız sahibkarların çoxu isə hələ də sorğuları e-poçtda və WhatsApp-da axtarır.

«Dostunu gətir» proqramı ilə onlara SBT CRM-i tövsiyə edirsiniz və dostunuz ilk ödənişini edəndə iki bonus alırsınız: abunənizə 1 ay pulsuz və dostunuzun ilk ödənişinin 15%-i.

Necə işləyir

  • SBT CRM-də Abunə səhifəsini açın — «Dostunu gətir» kartında şəxsi keçidiniz var.
  • Keçidi dostunuza göndərin. O, keçidlə şirkət hesabı açır və 7 gün pulsuz sınayır, kart tələb olunmur. Keçid 30 gün yadda qalır.
  • Dostunuz ilk abunə ödənişini edən kimi abunəniz avtomatik 1 ay uzanır, ödənişin 15%-i isə komissiya kimi yazılır.
  • Bank məlumatlarınızı eyni kartda bir dəfə yazırsınız, komissiya bank köçürməsi ilə ödənilir.

Dostunuzun saytı yoxdursa

Sorğuları itirən biznesin çox vaxt problemi saytda yox, saytdan sonrakı prosesdədir. Dostunuz həm sayt, həm CRM istəsə, SBT Web və SBT CRM birlikdə alınanda hər ikisinə 20% endirim var. Məsələn, «Şirkət» saytı (159 ₼) və CRM Standard (149 ₼) birlikdə 308 ₼ əvəzinə 246,40 ₼/ay olur.

Kimə tövsiyə etmək olar

  • Formadan gələn sorğuları e-poçtda itirən şirkətlərə;
  • Instagram və WhatsApp-dan sifariş qəbul edən mağazalara;
  • Satış komandası Excel ilə işləyən xidmət şirkətlərinə;
  • Anbar və kassa qalığını əl ilə sayan mağaza və apteklərə.

Tez-tez verilən suallar

Neçə dost gətirmək olar? Məhdudiyyət yoxdur — hər dost üçün yenidən 1 ay və 15%.

Bonus təkrar ödənişlərdən də verilirmi? Xeyr, yalnız dostunuzun ilk abunə ödənişindən.

SBT CRM-dən istifadə etmirəm, amma çox tanışım var. Onda tərəfdaş proqramına baxın: crm.sbt.az/partners — gətirdiyiniz hər müştərinin ilk ödənişindən 15%.

Sualınız varsa: +994 55 455 27 26 (WhatsApp) · info@sbt.az.

SBT Web — abunəliklə sayt · YouTube
Sorğu gətirən sayt lazımdır?SBT Web — dizayn, hosting, domen və dəstək bir abunəlikdə, sorğular birbaşa CRM-ə düşür.Paketlərə baxın

Bunları da oxuyun