SBT Web — xidmət şərtləri
- Müddət
- Müqavilə minimum 12 aylıqdır. Sonra hər ay avtomatik uzadılır; dayandırmaq üçün 30 gün əvvəl yazılı bildiriş verilir.
- Ödəniş
- İlk 3 ayın abunə haqqı müqavilə imzalandıqdan sonra əvvəlcədən ödənilir. Sonrakı aylar — hər ayın 5-dək, hesab-faktura ilə. İllik ödənişdə 12 ay = 10 ayın qiyməti. Qiymətlərə ƏDV daxil deyil.
- Vaxtından əvvəl dayandırma
- İlk 3 ay ərzində dayandırıldıqda əvvəlcədən ödənilmiş məbləğ qaytarılmır və domenin qeydiyyat xərcləri ödənilir. 3-cü aydan sonra — 30 gün əvvəl bildiriş və bildiriş ayının haqqı.
- Domen və fayllar
- Domen müştərinin adına qeydiyyatdan keçir və müştəridə qalır. Abunə bitdikdən sonra saytın faylları bir dəfəlik ödənişlə təhvil verilə bilər.
- Düzəlişlər
- Paketə daxil aylıq düzəlişlər (mətn, şəkil, qiymət, mövcud bölmə) sorğudan sonra 3 iş günü ərzində edilir; istifadə olunmayanlar növbəti aya keçmir. Yeni səhifə və funksiyalar ayrıca qiymətləndirilir.
- Gecikmiş ödəniş
- 15 gündən çox gecikmədə sayt borc ödənilənədək dayandırıla bilər (məlumatlar silinmir); 2 aydan çox gecikmədə müqavilə ləğv edilə bilər.
- Sayt + CRM
- SBT Web və SBT CRM abunəsi birlikdə olduqda hər ikisinə 20% endirim tətbiq olunur.
- Məzmun
- Saytda yerləşdirilən mətn və şəkillərin hüquqlarına və qanuna uyğunluğuna müştəri cavabdehdir.
Dəqiq şərtlər tərəflərin imzaladığı müqavilədə göstərilir.