Sayt və CRM birlikdə: sorğular itmir, hər ikisinə 20% endirim
Saytın forması sorğunu e-poçta göndərirsə, menecer onu gec görür və ya heç görmür. Müştəri gözləmir, rəqibə yazır. Ona görə SBT Web-in hazırladığı saytlar birbaşa SBT CRM-ə bağlanır.
Sayt CRM-ə bağlananda nə dəyişir
- Forma və zəng sorğuları CRM-də lead olur, məsul işçiyə tapşırıq və bildiriş gedir.
- Kataloq sifarişi (Mağaza paketi) CRM-də sifariş olur və anbar qalığı ilə işləyir.
- WhatsApp düyməsi və Telegram botu müştəriyə rahat əlaqə yolu verir; botdan gələn sifariş və suallar da CRM-ə düşür.
- Lead-in mənbəyi qeyd olunur, ona görə saytdan neçə sorğu gəldiyini və neçəsinin satışa çevrildiyini hesabatda görürsünüz.
20% endirim necə işləyir
SBT Web və SBT CRM abunəliyi birlikdə olduqda hər ikisinə 20% endirim tətbiq olunur. Bu, yeni müştərilərə də, artıq SBT CRM istifadə edən və sayt sifariş edən şirkətlərə də aiddir.
- SBT Web: Vitrin 63 → 50,40 ₼, Şirkət 159 → 127,20 ₼, Mağaza 239 → 191,20 ₼ (aylıq)
- SBT CRM: Starter 59 → 47,20 ₼, Standard 149 → 119,20 ₼, Business 299 → 239,20 ₼ (aylıq)
Nümunə: «Şirkət» saytı və CRM Standard birlikdə 308 ₼ əvəzinə 246,40 ₼/ay olur. Bu, ildə 739,20 ₼ qənaət deməkdir. SBT Web qiymətlərinə ƏDV daxil deyil; dəqiq məbləğ müqavilədə göstərilir.
Necə başlamaq olar
Aşağıdakı formada və ya +994 55 455 27 26 (WhatsApp) nömrəsində «Sayt + CRM» yazın, endirimi müqaviləyə daxil edək. SBT CRM-i 7 gün pulsuz sınamaq olar, kart tələb olunmur: crm.sbt.az.


